11 Yanvar 2019 18:20
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, Sərəncamda qeyd edilir ki, Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri, Qabil Neymət oğlu Məmmədov isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Müəllif: Teleqraf.com