14 Fevral 2019 14:19
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfərdə məqsəd fevralın 15-dən 17-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.

Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər