20 Fevral 2019 10:53
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun həmsədrləri (Fransa, ABŞ və Rusiya) Ermənistana gəlib.

Teleqraf.com xəbər verir ki, həmsədrlər səfər çərçivəsində Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

Həmsədrlər İrəvandan Bakıya gələcəklər.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak isə mart ayında Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib.

O, səfər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar aparacaq.


Müəllif: Teleqraf.com