22 Fevral 2019 00:03
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhər icra hakimiyyətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, bu gün şəhərin Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Hazırda xəstəxanada 19 nəfər müalicə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər