23 Fevral 2019 15:15
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə başsağlığı məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər