M.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının kimya fakultəsinin 22 tələbəsi Heydər Əliyev adına Bakı neft emalı zavodunda istehsalat təcrübəsində olublar.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tələbələr təhlükəsizlik texnikası qaydaları haqda təlimatlandırıldıqdan sonra professor Boqdan Lazoryak və zavodun təcrübə rəhbərləri ilə birgə müəssisənin əsas texnoloji qurğularına baş çəkib, istehsalat prosesləri ilə yaxından tanış olub, avtomatik idarəetmə sistemi və avadanlıqların iş prinsipləri haqda məlumatlar alıblar. Müəllim və mütəxəssislərin iştirakı ilə tələbələrin istehsalat təcrübəsinin yekunlarına həsr olunmuş təqdimat keçirilib. İstehsalat təcrübəsinin yekunlarına dair məruzələr dinlənilib, tələbələr onlara verilən sualları cavablandırıblar.
Naibə