18 Mart 2019 19:28
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan neft hasilatının azaldılması üzrə OPEK+ sazişinin digər iştirakçı ölkələri üçün nümunədir.

Teleqraf.com-un məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Bakıda keçirilən OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, söhbət təkcə həcmdən deyil, Azərbaycanın çox fəal iştirakından da gedir:

"Əminəm ki, Azərbaycan xüsusilə OPEK+ xartiyasının təsdiq olunmasından sonra hər zaman razılaşmanın liderlərindən biri olacaq. Biz həmişə yeni iştirakçıları alqışlamaqdan şadıq və ümid edirik ki, Azərbaycan bizə yeni ölkələri cəlb etməkdə kömək edəcək".

Əl Falih vurğulayıb ki, Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanla müxtəlif iqtisadi istiqamətlərdə əməkdaşlığa maraq göstərir.

Qeyd edək ki, bu gün Bakıda OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEK Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEK-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər