22 Mart 2019 08:40
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müdafiə naziri Levan İzoria Marneulidəki hərbi hissədə azərbaycanlı əsgərlərlə görüşüb, onları Novruz bayramı münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, nazir Levan İzoria, Baş qərargah rəisi general-mayor Vladimir Çaçibaya və digər yüksək rütbəli zabitlər Marneulidə yerləşən hərbi hissədə azərbaycanlı əsgərləri Novruz bayramı münasibətilə onları şirniyyata qonaq ediblər.

Nazir övladlarını layiqli vətənpərvər kimi tərbiyə etdikləri üçün azərbaycanlı əsgərlərin valideynlərinə minnətdarlığını bildirib. “Biz etnik azlıqlardan olan əsgərlərin müdafiə qüvvələrində qalıb xidmət keçmələrinə, inteqrasiyasına, gürcü dilini daha yaxşı öyrənmələrinə və professional kadr kimi inkişafına hər cür şəraiti yaratmağa hazırıq”, – deyə L.İzoria vurğulayıb.

Nazir Novruz bayramı ilə əlaqədar müvafiq əmr imzalayıb. Əmrə əsasən martın 21-i və 22-si müsəlman hərbçilər üçün istirahət günü elan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər