24 Aprel 2019 15:03
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya ATƏT məkanında çoxdan qalmış, yeni yaranan və həll edilməmiş münaqişələrin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatlarında əsas tərəfdaşdır".

Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

"Rusiyanın bu formatlarda münaqişələrin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram", o bildirib.

T.Qreminger qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Rusiya Xarici İşlər naziri ilə görüş zamanı daha geniş müzakirə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər