İrəvanda Rusiya və Ermənistanın baş nazirləri Dmitri Medvedevlə Nikol Paşinyanın görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sabah Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün Ermənistanda səfərdə olan rusiyalı həmkarı Dmitri Medvedyevi evində qarşılayıb.
Medvedev Paşinyanın qonaqpərvərliyini yüksək qiymətləndirib:
“Qeyri-rəsmi ünsiyyət qurmaq həmişə baha başa gəlir, lakin bu bir-birini daha yaxşı tanımaq və müxtəlif sahələrdə müzakirələr aparmaq üçün yaxşı imkan yaradır”.
Öz növbəsində Nikol Paşinyan Moskva və İrəvanın ikitərəfli əlaqələrini daha da yüksəltmək üçün yaxşı zəmin olduğunu vurğulayıb.
“Son bir il ərzində Moskva ilə İrəvanın münasibətlərində bəzi problemlər yaransa da, biz planlı şəkildə bunları aradan qaldırdıq”,- deyə Ermənistan lideri bildirib.