16 May 2019 16:43
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı V Haralda təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir: "Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər