18 May 2019 13:18
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni seçilmiş prezidentinin inauqurasiya mərasiminə gedəcək Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks Ukrayna” yayıb.

İnauqurasiyaya həmçinin ABŞ Energetika naziri Rik Peri, Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç, Litva Prezidenti Dalya Qribauskayte, Macarıstan Prezidenti Yanoş Ader, Latviya Prezidenti Raymonds Veyonis, Estoniya Prezidenti Kersti Kalyulayd, Gürcüstan Prezidenti Salome Zurabişvili, Moldova Baş naziri Pavel Filip, Türkiyə Baş nazirinin müavini Fuad Oqtay qatılacaq.

Qeyd edək ki, inauqurasiya mayın 20-də baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər