27 May 2019 22:42
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilədayanıqlı həlli yollarının tapılmasına kömək göstərməyə sadiq qaldığımızı bildiririk".

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə təbrikində qeyd olunub.

"Biz son zamanlar münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəflərin yüksək səviyyəli iştirakını, həmçinin məhsuldar müzakirələr üçün əlverişli mühitin yaradılması və xalqların sülhə hazırlanması sahəsində göstərilən səyləri təqdir edirik”, - deyə məktubda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər