Güney Azərbaycanın Sərab şəhər həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səhənd Məalidən xəbər yoxdur.
Teleqraf.com xəbər verir ki, ailəsi uzun müddətdir fəaldan xəbər tuta bilmir.
Məlumata görə, naməlum səbəbdən Səhənd Məaliyə telefon əlaqəsi saxlamasına qadağa qoyulub, artıq 13 gündür telefondan istifadə edə bilmir.
Fəal 10 ay azadlıqdan məhrum edilib. O, mayın 2-də öz iş yerində İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən döyülərək həbsxanaya aparılıb.
Şahidlərin dediyinə görə, fəal saxlanılarkən azyaşlı bacısı uşağının gözü qarşısında təhqir olunub və vəhşicəsinə döyülüb.