8 İyul 2019 09:03
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah – iyulun 9-da Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxacaqlar. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər