12 Sentyabr 2014 10:19
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məleykə Abbaszadə Naftalanda görüş keçirib

Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə vətəndaşlarla növbəti görüşünü keçirib.

Teleqeaf.com TQDK-ya istinadla xəbər verir ki, Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunmuş görüşdə Naftalan və Mingəçevir şəhərlərindən, həmçinin Goranboy rayonundan olan sakinlər iştirak ediblər.

Görüşə gələnlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəylərini bildiriblər, sorğularını ünvanlayıblar. Bəzi vətəndaşlar isə ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqqlarının ödənilməsində yaranmış problemlərlə bağlı müraciət ediblər.

TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Digər müraciətlərin isə araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb.

Yenə komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər olub, vətəndaşlara bildirilib ki, bu müraciətlər aidiyyəti qurumlara çatdırılacaq.

SEVİL


Müəllif: