Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
DSX-nin Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, sentyabr 20-də saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatoru düşmən tərəfindən atəşə tutulub.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.