Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Fəxri xiyabana gələrək milli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Teleqraf.com rəsmi dövlət informasiya agentliyi – “AzərTAc”a istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Baş nazir Əhməd Davudoğlu Şəhidlər Xiyabanını da ziyarət edib, “Əbədi Məşəl” abidəsinin və Türk Şəhidliyi abidəsinin önünə çələng qoyub, “Xatirə kitabı”nı imzalayıb.
Səxavət