Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 10-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Teleqraf.com-un məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.
Dünya üzrə yoluxma sayı ümumilikdə 115 ölkə/ərazi üzrə 114 422 nəfərdir.
Son yoluxma sayı 60 nəfərdir. Onların içərisində 19-u yeni olmaqla 4027 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 64088 şəxsin sağaldığı qeydə alınıb.
Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.