"Bakıya gələn vətəndaşların fərdi qaydada şəxsiyyət vəsiqələri yoxlanılmayacaq".
Nazirlər Kabineti yanında operativ qərargahdan Teleqraf.com-un sorğusuna cavabda belə deyilib.
Məlumata görə, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılması ilə bağlı qərarda söhbət sərnişin daşımalarından gedir:
"Respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.
Məqsəd əhalinin yerdəyişməsinin, sıxlığın qarşısını almaqdır".