6 May 2020 19:58
2 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılovanın restoranında çalışan 47 yaşlı işçisi koronavirusdan dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova bu haqda göz yaşı içində məlumat verib.

O, Mehparə adlı xanımın on yaşında övladı olduğunu deyib: "Restoranımda aşpaz işləyirdi. 47 yaşı vardı, adı da Mehparə idi. Balakən rayonundandır, övladları Bakıda anasının yanındadır. Başqa xəstəliyi yox idi. On yaşında balası var. Allah rəhmət eləsin.

İnanmıram ki, işdə koronavirusa yoluxsun. Çünki işlədiyi yer balaca otaq idi və orada başqa adam görmürdü. Bu, mümkün deyil.

Onun yaşadığı evdə dörd-beş adam qalırdı. Ola bilsin ki, orada tutub. 20-25 gün idi ki, ağrıyırdı, işə gəlmirdi.

Sonra dərmanlar istədi, ona dedim ki, getmə, həkim çağırım. Dedi ki, yox gedirəm. Dərmanlarını da götürüb, çıxıb getdi. Yenidən zəng elədi, dərman göndərdik. Sonra nə qədər zəng elədik, cavab vermədi. Biz də onun yaşadığı yeri tanımırıq. Üç gün xəstəxanada qalıb. Telefonunu və çantasını taksi sürücüsünə verib ki, bizə gətirsinlər".

Müğənni özünün və işçilərinin koronavirusa görə analiz verdiyini açıqlayıb: "Hər birimiz analiz vermişik. Bu xanım da analizlərdən keçmişdi, heç nə çıxmamışdı. Hardan və necə koronavirusa tutuldu, bilmirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər