12 May 2020 01:35
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Bakının Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da gəlib.

Nazir yanğın zamanı yanğınsöndürən şlanqlarının cırıq olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib.

"Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar cırıla bilməz. Bir az ağılla fikirləşin", - deyə nazir məsələyə münasibət bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər