Azərbaycan Respublikasının Milli Məclisində COVID-19 infeksiyası ilə bağlı Milli Məclis Aparatının, eyni zamanda millət vəkillərinin arasında mütəmadi olaraq testlər aparılır.
Bu barədə Teleqraf.com-a Milli Məclis Aparatının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, iyunun 21-də Milli Məclis Apartının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən koronavirusla bağlı profilaktik test nümunələri alınıb.
***
13:08
Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.
Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.