Koronavirusun yayılması gələcəkdə 7 milyon şagirdin təhsilini dayandırmasına səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bu, Dünya Bankının "Covid 19-un təhsildə mümkün təsirləri" adlı hesabatında öz əksini tapıb.
Dünya Bankının İnsan İnkişafı üzrə vitse-prezidenti Annette Dixon bildirib ki, məktəblərin dayanması uşaqlara bir çox cəhətdən təsir edir: “Öyrənmə imkanları yoxdur, günün ən qidalı yeməyini əldən verə və çox sayda tələbə, xüsusən də qızlar təhsillərini başa vurma fürsətindən məhrum ola bilərlər. Əgər sürətli, qətiyyətli və razılaşdırılmış fəaliyyət planı həyata keçirilməsə, bu böhran milyonlarla uşağın təhsil alması üçün dönüşü olmayan zərər verəcək”.
Dünya Bankının Qlobal Təhsil direktoru Jaime Savedra da epidemiyadan əvvəl bir təhsil böhranının olduğunu xatırladıb: “Bu, daha da dərinləşəcək. Artıq öyrənməyi sürətləndirmək və inkişaf etdirmək daha çətindir. Onsuz da imkanların qeyri-bərabər olduğu bir dünyada yaşayırdıq. İndi bu, daha dərindir, çünki yoxsul uşaqların tədris prosesində iştirak etmək imkanları daha azdır”.
Hesabatdan bəzi məqamları təqdim edirik:
- Aprel ayında 180 ölkədə məktəblərin bağlanması ilə 1,6 milyard şagird məktəbdən kənarda qalıb. May ayında bəzi ölkələrdə məktəblərin açılması ilə bu say 1,2 milyarda düşüb.
- Epidemiyadan əvvəl şagirdlər tədris ilində orta hesabla 11.2 il təhsil alırdılar (7.9 il təhsil keyfiyyəti). Simulyasiyalara görə, COVID-19 səbəbiylə 5 aylıq məktəb bağlanması, daha 7 aylıq təlimin itirilməsinə səbəb olacaq.
- Təsirli bir siyasət olmadıqda, ibtidai məktəb yaşındakı hər bir şagird illik qazanclarda orta hesabla 872 dollar azalması ilə qarşılaşa bilər. Bu, ömür boyu 16000 dollarıq bir itki deməkdir.
- Öyrənmə itkisi, aşağı təhsil səviyyəsi, qeydiyyat vaxtının itirilməsi və məktəbdən getmə ehtimalı, zaman keçdikcə qlobal iqtisadiyyat üçün 10 trilyon dollar qazanc itkisinə çevrilə bilər.
- Məktəblərin bağlanması öyrənməyə təsir edəcəkdir. Minimum səlahiyyətlərə çata bilməyən orta məktəb şagirdlərinin nisbəti 40 faizdən 50 faizə qədər artacaq.
- Epidemiyanın gəlir şoku səbəbindən ibtidai və orta təhsildən təxminən 7 milyona yaxın şagird məktəbi tərk edə bilər. Bu sayın daha da artma ehtimalları var.
- Məktəbdən kənarda qalmaq və gəlirlərinin azalması, əlilliyi olan insanlar, kənar qruplar, xüsusən də qız uşaqlarını müdafiəsiz hala gətirə bilər ki, bu da təcrid və bərabərsizliyi artıran amildir.
- Dünya epidemiyadan əvvəl də təhsil böhranı ilə mübarizə aparırdı. Aşağı və orta gəlirli ölkələrdə uşaqların 53 faizi "təhsil yoxsulluğu” içindədir və 10 yaşına qədər sadə bir mətni oxuya və başa düşə bilmirlər.
- Uşaqların məktəbə getməməsinin iki mənfi təsiri var:
- Onların öyrənmək imkanları yoxdur.
- Öyrəndiklərini unudurlar.