Tovuz rayonu ərazisində şiddətli toqquşmalar zamanı şəhid olan general-mayor Polad Həşimovun aprel döyüşlərində də şücaətlə döyüşdüyü bildirilir.
Teleqraf.com-un məlumatına görə, şəhid general-mayor Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib.
Onun Sumqayıt şəhərində yaşadığı qeyd olunur.
Polad Həşimov ötən il Prezidentin imzaladığı sərəncamla general-mayor rütbəsi ilə təltif edilib.