Ötən gün mövcud vəziyyətdən istifadə edərək təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov "Facebook" sosial şəbəkəsi vasitəsilə açıqlama verib.
Teleqraf.com-un məlumatına görə, özünə haqq qazandırmağa çalışan Rəşad Məmmədov bu cür video yaymasını emosional olması ilə əlaqələndirib: “Həddən artıq emosional insanam və vətənpərvərəm".
Rəşad Məmmədovun "Facebook"da paylaşdığı bu statusdan sonra vətəndaşlar şərh yazaraq etdiyi hərəkətə görə onu kəskin tənqid edib, Rəşad Məmmədovu vəziyyətdən istifadə edərək qarışıqlıq yaratmağa çalışdığına görə günahlandırıblar.
Onu da qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslı açıqlamasında bildirib ki, bu şəxs Almaniyada Müsavat Partiyasına mühacir alveri ilə bağlı açılan cinayət işində əsas şahid kimi iştirak edib.