Azərbaycandan olan zəvvarları İran İslam Respublikasının Məşhəd şəhərinə aparan sərnişin avtobusunun sürücüsü qəfildən idarəetməni itirərək qəza törədib.
Avtobusun aşması nəticədə sərnişinlərdən 3 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daha 10 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən yaralılar barədə məlumat almaq üçün Salyan Mərkəzi Rayon Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın travmatologiya şöbəsinin müdiri İlqar Balabəyov Teleqraf.com-a açıqlamasında bildirdib ki, təxminən 06:45 radələrində 10 nəfər yaralı xəstəxanaya gətirilib və onlara tibbi yardım göstərilib:
“Hazırda 2 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. 1989-cu il təvəllüdlü Miriyev Əkbər Seybəli oğlu ağır açıq kəllə beyin travması, 1990-cu il təvəllüdlü İsayev Anar İntiqam oğlu qapalı kəllə-beyin travması, baş-beyn silkələnməsi diaqnozu ilə reanimasiya şöbəsindədilər. 8 nəfər ambulotor xəstələrdir və müayinələri başa çatdıqdan sonra evə buraxılacaqlar”.
Həkim bildirdi ki, yaralılardan 8 nəfəri Neftçala rayonun Xıllı kənd sakinləridir.
Qeyd edək ki, hadisənin sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi bildirilir.
İlhamə