23 Sentyabr 18:30
491

Ora da hazır olanda mənə deyin, gedib baxarıq. Bəli, Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanışlıq zamanı deyib.

Dövlət başçısı bildirib:

"O vaxt Bibiheybətdə mən göstəriş verdim, dedim bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var, yoxdur? Ona görə təklif etdim ki, orada qədim əşyalardan, tikinti materiallarından abidə kimi neft buruğunun maketi yaradılsın. İndi xaricdən gələn qonaqlar görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır, əlbəttə ki, bu yerdə. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, əgər o vaxt o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqilliyimizi bərpa edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi və bizim xalqımıza nə verdi? Bu, artıq ritorik sualdır. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik".


Müəllif: Teleqraf.com