30 Sentyabr 2020 14:49
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı kasıb və orta gəlirli ölkələrdə koronavirus peyvəndini ədalətli əldə etməyi təmin etmək məqsədilə 12 milyard dollarlıq maliyyə yardımı üçün idarə heyətinin təsdiq qərarını gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Dünya Bankının Prezidenti David Malpass deyib.

O bildirib ki, bu təşəbbüs üçün bir çox fərqli borc verən şirkətlər tərəfindən toplanan 160 milyard dollarlıq koronavirus maliyyələşdirmə yardımının bir hissəsinin istifadəsi nəzərdə tutulur:

“Bu plan əsasən yoxsul ölkələrdəki sağlamlıq işçilərinə və digər strateji sektorlarda çalışanlara peyvəndin çatdırılmasını və istehsalın qlobal səviyyədə yayılmasını hədəfləyir”.

David Malpass idarə heyətinin təklif olunan planı oktyabrın əvvəlində nəzərdən keçirəcəyini deyib:

“Hər hansı bir peyvəndin təsdiqlənməsinə hələ bir neçə ay qaldığına görə, dünyada peyvəndin mümkün qədər erkən alınması üçün çətin bir mübarizə var”.

Dünya Bankı koronavirusun ən sürətli yayıldığı kasıb və orta gəlirli ölkələrdəki vəziyyəti nəzarət altına alaraq maliyyəni təmin edərək zəngin ölkələrlə eyni səviyyəyə gətirməyi hədəfləyir.


Müəllif: Yeganə Oqtayqızı