Güney azərbaycanlı milli fəal Zeynal Tənhayi İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən tutularaq naməlum istiqamətdə aparılıb.
Teleqraf.com xəbər verir ki, təhlükəsizlik orqanlarının əməkdaşları Zeynal Tənhayinin Təbrizdə yeləşən evinə basqın ediblər.
Məhkəmə qərarını göstərmədən onu döyərək həbs edib, özləri ilə naməlum istiqamətdə aparıblar.
Təhlükəsizlik orqanlarının əməkdaşları fəalın şəxsi əşyaları, eləcə də özü və həyat yoldaşının mobil telefonunu da müsadirə edərək özləri ilə aparıblar.
Güney Azərbaycanda Dağlıq Qarabağda antiterror əməliyyatları keçirən Azərbaycan ordusuna dəstək məqsədi ilə baş tutmuş aksiyalarından sonra müxtəlif şəhərlərdə 100-dən çox azərbaycanlını həbs edilib. Hələ ki, tutulanlardan əksəriyyətinin şəxsiyyəti və saxlandıqları yer məlum deyil.