Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsərrüfat hesablı idarələri tərəfindən əlavə olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə edilib.
Bu barədə Teleqraf.com-a ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.
O bildirib ki, cəmiyyətin tabeliyində olan təsərrüfat hesablı idarələri işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə edib:
“Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan “Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi”, “Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu”, “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu”, “Samur-Abşeron Kanalı İstismarı İdarəsi”, “Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşırma və Sazlama İdarəsi”, “Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi”, “Qazax Melioservis İdarəsi”, “Kürdəmir Melioservis İdarəsi” və “Bəhramtəpə Melioservis İdarəsi” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olublar. Qurumun kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir”.