8 Oktyabr 2020 23:59
2 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda həbsdə olan güney azərbaycanlı milli fəal Əlirza Fərşi açıqlama yayaraq, Azərbaycan ordusunun Qarabağın azadlığı uğrunda apardığı döyüşlərə dəstək nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, o, Qarabağ döyüşlərində iştirak edən bütün azərbaycanlı döyüşçülərə salam göndərərək, tezliklə işğal altında olan ərazilərin terrorçu ermənilərdən azad ediləcəyinə ümidvar olduğunu deyib.

Əlirza Fərşi iki il azadlıqdan məhrum edilib.

O, “İranın milli təhlükəsizliyini pozmaq məqsədi ilə qruplaşmada iştirak etmək”də ittiham edilir. Fəal barəsində irəli sürülən ittihamı “saxta” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər