“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsində dünyanın ən böyük güclərindən çəkinmir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransada nəşr olunan “Le Monde” qəzetində dərc olunan məqalədə bildirilib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsində dünyanın ən böyük dövlətlərinə meydan oxuyur. O, Vaşinqton və Moskvadan qorxmur. Nəhəng regional güc olan Ərdoğanın Türkiyəsi Kreml və Ağ Evi ciddiyə almır”, - məqalədə vurğulanıb.