12 Oktyabr 2020 08:05
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın “Interpress.uz”, “fikr.uz”,”human.uz” və “interfax.uz” portalları Ermənistanın humanitar atəşkəs rejimini pozması və Gəncəni raket atəşinə tutması ilə bağlı özbək və rus dillərində məqalələr yayıb.

Teleqraf.com xəbər verir ki, “Interpress.uz” portalı oktyabrın 11-i 02:00-da humanitar atəşkəsi pozan Ermənistanın qədim Gəncə şəhərini raket atəşinə tutması nəticədə yaşayış binasının tam dağılması, adamların dağıntılar altında qalması haqqında məlumat verir.

Yazıda bildirilir ki, atəş nəticəsində əvvəl 5 dinc sakin ölüb. Sonra Ermənistandan buraxılan raket atəşləri 9 adamın həyatına son qoyub, 37 nəfər yaralanıb.

“Human.uz” saytı yazır: “Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan humanitar yardım kimi mülki aviasiya vasitəsi ilə “Smerç” yeni raketlərini alıb, həmin qurğularla gecə Gəncə və Mingəçeviri atəşə tutub”.

“İnterfax.uz” portalı Hikmət Hacıyevin fikirlərinə də yer ayırıb.

Prezidentin köməkçisi deyib: “Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlara başladı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın”.

“Fikr.uz” saytı yazır: “ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Ermənistanın Gəncəyə raket atmasını hərbi cinayət adlandırıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər