17 Oktyabr 2020 10:50
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər