24 Oktyabr 2020 01:16
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan Azərbaycan icmasının üzvləri Dövlət Departamenti binasının qarşısında erməni icmasının üzvləri ilə qarşı-qarşıya gəliblər.

Teleqraf.com xəbər verir ki, aksiya Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayan zamanı qeydə alınıb.

Belə ki, erməni icmasının üzvləri Dövlət Departamentinin binasının önünə gələrək saxta iddialar səsləndirməyə çalışıblar.

Lakin həmvətənlərimiz onların yalan iddialarına faktlarla cavab veriblər. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində törədilən qanlı cinayətlərin fotoşəkillərini nümayiş etdiriblər.

Aksiyaya Vaşinqton polisi müdaxilə edib və xüsusi aqressiv davranışlar nümayiş etdirən bir neçə ermənini həbs edib.


Müəllif: Teleqraf.com