“Böyük qələbə daha da yaxınlaşır. Ordumuzu həftəsonu da zəfər yürüşünü davam etdirməkdədir”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, ötən gecə davam edən intensiv döyüşlərdə də rəşadətli ordumuz yeni uğurlara imza atıb: “Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmənə ciddi ziyan vurulub və işğalçı erməni ordusunun silah və sursat, yanacaq ehtiyatları anbarları darmadağın edilib.
Ən xoş məqamlardan biri də şanlı ordumuzun yeni vacib yüksəklikləri azad etməsidir. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülməsi isə ondan xəbər verir ki, rəşadətli ordumuz işğal altında olan Yuxarı Qarabağ istiqamətində inamla irəliləməkdə davam edir”.
Vüqar Bayramov onu da vurğulayıb ki, oktyabrın sonları olmasına baxmayaraq, hava şəraiti də şanlı ordumuza zəfər yürüşünü davam etdirməyə imkan verir: “Yuxarı Qarabağın təbii relyefini nəzərə alsaq, Böyük Qələbənin daha da yaxınlaşması üçün vacib yüksəklərin azad edilməsi hərbi baxımdan çox əhəmiyyətlidir. Çünki bu, eyni zamanda bir neçə yaşayış məntəqələrinə nəzarət imkanı və işğalçı erməni ordusunun nizamsız qaydada mövqeləri tərk etməsi deməkdir.
Deməli, Böyük qələbə daha da yaxınlaşmaqdadır. Ordumuzu həftəsonu da zəfər yürüşünü davam etdirməkdədir. Qarabağ Azərbaycandır!"