Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, gəmidən 13 heyət üzvündən 10 nəfər xilas edilib, 3 nəfərin axtarışları aparılır.
Tanker Rusiyanın Rostov vilayətinin “Qafqaz” limanından yola düşüb. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb. Hazırda hadisə yerinə üç xilasetmə gəmisi yaxınlaşır.