Pakistan Baş naziri İmran Xan Hindistanın Əfqanıstan ərazisindən istifadə edərək ölkəsində sabitliyi pozmağa çalışacağından narahat olduğunu dilə gətirib.
Teleqraf.com xəbər verir ki, Pakistan-Əfqanıstan Ticarət və İnvestisiya Forumunda çıxış edən Baş nazir ölkəsinin Əfqanıstanda sülh və sabitlikdəki rolunu davam etdirmək əzmində olduğunu təkrarlayıb.
İmran Xan Əfqanıstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq Pakistanla əlaqələri gücləndirməyə qərar verdiyini deyib: “İki ölkənin gələcəyi birlik, ikitərəfli ticarət və güclənən iqtisadi əlaqələrə bağlıdır. Əfqanıstan və Pakistan Çin-Pakistan İqtisadi Dəhlizindən faydalana biləcək. Hər iki ölkə ticarət və iş mərkəzi olacaq”.
Çıxışında Kəşmir məsələsinə toxunan Baş nazir münaqişənin BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun həll olunana qədər bütün regional və beynəlxalq forumlarda Pakistan tərəfindən gündəmə gətiriləcəyini bildirib.