29 Oktyabr 2020 13:35
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Türkiyə Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü münasibəti ilə bayram tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, bayram tədbirində qardaş ölkənin keçdiyi müstəqillik yoluna nəzər salınıb, qurtuluş mübarizəsinin Türkiyənin tarixində yeni səhifə açdığı bildirilib.

Bu günlərdə Azərbaycanın Qarabağda haqq savaşına toxunan baş konsul Zeki Öztürk Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu və bundan sonra da qardaş ölkənin xalqımıza və dövlətimizə dəstəyinin davam edəcəyini deyib. Tarixə türk ordusunun şanlı qələbəsi kimi düşən Çanaqqala döyüşündə azərbaycanlıların da iştirak etdiyini xüsusi vurğulayıb.

Bayram tədbirində Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu və bu qardaşlığın hər zaman davam edəcəyini əks etdirən qısametrajlı film nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər