2 Noyabr 2020 02:12
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - deyə Hikmət Hacıyev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər