Parlament Ailə Məcəlləsinə dəyişikliklər edib.
Sosial siyasət komitəsinin sədri deyib ki, genetik xəstəliklər hesabına Azərbaycanda 20 min uşaq əlilikdən əziyyət çəkir və müavinat alır. Eləcə də ildə 300 talasemiya xəstəsi olan uşaq dünyaya gəlir.
Komitə sədrinin sözlərinə görə, nikaha daxil olan gənclər sağlamlıq haqqında arayışı, eləcə də həkim məsləhəti haqqında arayış əldə etməli olacaq.
Hadı Rəcəbli deyib ki, bu olduqca əhəmiyyətli qanundur.
Deputat Vahid Əhmədov isə nikaha daxil olan şəxslərin sağlamlıq arayışının həqiqi olduğuna kimin qarant verəcəyi haqda sual verib: “Xəstə olan şəxs də hansısa yollarla belə arayış əldə edə bilər. Fikrimcə, biz qanunu qəbul edərkən belə halları da nəzərə almalıyıq”.
Fazil Mustafa isə qanunda “Bələdiyyə tibb müəsissəsi” ifadəsinə etiraz edib, deyib ki, bu ifadənin qanunda təqdim edilməsinə ehtiyac yoxdur.
Vitse-spiker Bahar Muradova isə deyib ki, qanun qəbul edilməzdən əvvəl onun üzərinə belə kölgə salmağı doğru hesab etmir.
Nemət