Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, görüş noyabrın 23-də Moskvada baş tutacaq. Tərəflər Dağlıq Qarabağ bölgəsindəki vəziyyət də daxil olmaqla, beynəlxalq problemlərə dair məsələləri müzakirə edəcək.