Dağlıq Qarabağdakı rus sülhməramlı kontingentin hərbi qulluqçuları gecə-gündüz vəziyyətə və atəşkəsə əməl olunmasını izləyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Sülhməramlılar mülki nəqliyyat vasitələrinin Laçın dəhlizi boyunca hərəkətini müşayiət və infrastruktur obyektlərinin bərpası vəzifələrini yerinə yetirən inşaat qruplarının təhlükəsizliyini təmin edirlər.