5 Dekabr 2020 16:45
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-un yayılmasının qarşısını almaq üçün müəssisələr iş saatlarını qısaltmalı, məsafə və gigiyena kimi sadə tədbirləri davam etdirilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Suqa Yoşihide deyib.

Baş nazir qeyd edib ki, xəstə sayında ciddi artım xəstəxana tutumunu gərginləşdirir: “Yeni yoluxmalar və ağır xəstələrin sayı rekord həddə artır. Vəziyyət son dərəcədə həyəcanlı səviyyəyə çatıb. Ötən həftədən bəri ağır xəstələr üçün yataq tutumunda sıxılıq yaşanır. Buna böhran anlayışı ilə cavab verəcəyik”.

Suqa Yoşihide ştatlarda, şəhərlərdə və bölgələrdə iş saatlarını qısaldan restoranlara maddi dəstək verən iqtisadi paketin 1,5 trilyon yen (14 milyard dollar) artırılacağını deyib: "İnsanların yaşayış və sağlamlıqlarını qorumaq hökumətimizin ilk prioritetidir".


Müəllif: Yeganə Oqtayqızı