15 Dekabr 2020 16:37
2 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənə edilən təzyiqlər küləkdən başqa bir şey deyil və heç bir təzyiq məni haqqı deməkdən çəkindirə bilməz”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Gəncədə səfərdə olan rusiyalı siyasi xadim Maksim Şevçenko bildirib. O, həmçinin Rusiya telekanallarında yayımlanan siyasi verilişlərə də toxunub.

“Bəzən burada elə düşünürlər ki, Rusiya televizyalarında yayımlanan siyasi verlişlər Rusiyanın və ya rus xalqının mövqeyini əks etdirir. Ancaq bu, belə deyil. Rusiya telekanallarında yayımlanan fikirlər sizin torpaqlarınız kimi Rusiyanı da işğal etmək istəyən erməni təbliğatının düşüncələridir. Bu gün tam məsuliyyətlimlə bildirirəm ki, rus xalqı, Rusiyada yaşayan başqırdlar, tatarlar və digər xalqlar hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib”, - deyə M.Şevçenko qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər