16 Dekabr 2020 12:40
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çindən alacağı 50 milyon doza koronavirus peyvəndinin ilk 3 milyon dozası hazır olsa da, çadırılma gecikir.

Teleqraf.com xəbər verir ki, vaksinlərin ilk partiyasının 10 gün ərzində Türkiyəyə göndərilməsi planlaşdırılır.

Beləliklə, əvvəllər dekabr ayının sonu kimi nəzərdə tutulan peyvəndləmə işlərinə yeni ildən başlanacaq. Çin peyvəndi Türkiyəyə üç mərhələdə gələcək.

Bir neçə gün əvvəl Çin Xarici İşlər Nazirliyi Türkiyəyə peyvənd ixracını təsdiqləmişdi. Ölkədəki bəzi prosedurlar tamamlandıqdan sonra Çin peyvəndinin ilk partiyasının 10 gün ərzində çatdırılması planlaşdırılır. Daha sonra bu peyvəndlərə Türkiyə qaydalarına uyğun olaraq 14 gün baxış keçirləcək.

Razılaşmaya əsasən, Türkiyə Çindən 40 milyon doza peyvəndi yanvarın sonuna qədər gətirəcək.Fevral ayında daha 10 milyon doza peyvəndin gətirilməsi gözlənilir. Bu müddət ərzində digər əlavələr də gündəmdədir.

Türkiyə Səhiyyə Nazirliyi səlahiyyətliləri qısa müddətdə sıx peyvənd etməyi hədəflədiklərini bildirir: “Çünki kütləvi vaksinasiyanın bu şəkildə uğurlu olacağına inanırıq. Buna görə 2-3 ay ərzində sıx peyvənd dövrünə başlamaq istəyirik. Vətəndaşları peyvəndlənməyə razı salacağıq. Əsas işimiz peyvənd gələndən sonra başlayacaq”.

Nazirlik rəsmiləri bəyan edir ki, 3 nəfərdən ibarət peyvənd qrupunun gündə 200-dən çox insanı peyvənd edəcək. Belə edildikdə, peyvəndin gündəlik təxminən 1,5 milyon insana tətbiq olunması planlaşdırılır.

18 yaşınadək gənclər, uşaqlar, hamilə qadınlar və süd verən analar, eləcə də son 4-6 ayda koronavirusa yoluxanlar peyvənd olunmayacaq. Türkiyədə 83 milyon əhali var, bunu nəzərə alaraq iyun ayının sonunadək 60-65 milyon vətəndaşa peyvənd vurulacağı planlaşdırılır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər