Media işçilərinə təşəkkür edirəm ki, müharibə vaxtı çox aktiv fəaliyyət göstərdilər. Həm cəbhə bölgəsində əsgərlərimizin yanında oldular, həm də xaricdə düşmənlərə qarşı informasiya müharibəsində öndə dayandılar.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı komitə sədri Siyavuş Novruz deyib.
Deputat Xankəndində evlərin satışa çıxarılmasına münasibət bildirib:
“Gələcəkdə Azərbaycanda yaşayacaq ermənilər daşınan əmlakı alıb-satmaq hüququna malik olacaqlar. “Xankəndində ev alaq, almayaq” - demək düşmən dəyirmanına su tökməkdir. Bu, dolayı yolla düşmənin əlinə əsas verir ki, gələcəkdə hansısa planı həyata keçirsin”.
Siyavuş Novruzov Azərbaycana qarşı əks mövqedə dayanan insanlardan da danışıb:
“Azərbaycan Ordusu şanlı qələbə əldə edib. Bu gün ermənilər tərəfindən maliyyələşənlər bunu həzm edə bilmir, sakit dayana bilmirlər. Məkrli niyyətlərini ortaya qoyurlar. Amma bunu həyata keçirə bilməyəcəklər”.