ABŞ əczaçılıq şirkəti “Pfizer” “BioNTech”lə birgə hazırladığı peyvəndin mutasiya olunmuş koronavirusa qarşı da təsirli olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər 70 faiz daha yoluxucu olduğu deyilən mutasiyaya uğramış koronavirusa hazırda istehsal edilən peyvəndlərin təsir göstərə bilməyəcəyindən ehtiyatlanırlar.
Peyvənd şirkətləri bu məsələni araşdırmağa davam edərkən, ilk açıqlama ABŞ dərman şirkəti “Pfizer”dən gəlib.
“Pfizer”in araşdırması peyvəndlərinin İngiltərə və Cənubi Afrikada aşkarlanmış yeni mutasiyalara qarşı təsirli olduğunu göstərib. Hələ yekun qiymətləndirmənin aparılmağdı araşdırmada “Pfizer” və Texas Universiteti Tibb Fakültəsi alimləri peyvəndin N501Y adlı koronavirus mutasiyasına qarşı təsirli olduğu qənaətinə gəliblər.
“Pfizer”dən verilən açıqlamaya görə, peyvənd 16 fərqli mutasiyaya üzərində test edilib: “Onların heç biri əhəmiyyətli təsir göstərmədi. Bu, yaxşı xəbərdir. Ancaq bu, 17-ciyə təsir göstərməyəcəyi anlamına gəlmir. Mutasiyalar epidemiyanın yayılma sürətinin artmasında rol oynaya bilər”.