Dağlıq Qarabağda silahlı münaqişənin eskalasiyası, çoxlu sayda insan itkisi münaqişələr həll olunmamış qaldıqda yaranan riskləri açıq-aşkar göstərdi.
Teleqraf.com-un məlumatına görə, bunu İsveçin xarici işlər naziri, ATƏT-in hazırkı sədri Ann Linde, İsveçin 2021-ci ildə ATƏT-ə sədrlik proqramını təqdim edərkən deyib.
O bildirib ki, İsveçin ATƏT-ə sədrliyi müddətində münaqişələrin tənzimlənməsi əsas prioritetlərdən olacaq:
“ATƏT üzv ölkələrinin ümumi problemlərinin ən yaxşı həlli üsulu çoxtərəfli əməkdaşlıqdır. Builki sədrliyimiz müddətində məhz bu yanaşmanı rəhbər tutacağıq. Əsas prioritet regionumuzdakı münaqişələrin həllində kömək göstərməkdir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər, münaqişələrin yol açdığı ağrı-acılar qəbuledilməzdir”.